"Xamneyinin (İranın ruhani lideri) rəsmi mövqeyi bəllidir. Əsl məqsəd yalnız fələstinlilərə dəstək deyil, İsraili məhv etməkdir".

"Unikal" xəbər verir ki, bunu SpaceX-in yaradıcısı, milyarder İlon Mask X sosial şəbəkəsində yazıb.

"Həqiqətən baş verənlərin hamısı, sonrakı onilliklər ərzində sonsuz zorakılıq və qisas dövrüdür. Nifrət alovunu yandırmaq işə yaramır. Bəlkə də başqa bir şey haqqında düşünməyin vaxtıdır", - Mask qeyd edib.