Qəzza zolağının cənubundakı Rəfah bölgəsi İsrail tərəfindən bombardman edilib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Zərbələr nəticəsində 18 fələstinli ölüb. O cümlədən HƏMAS-ın (Xalq Müqavimət Komitələri - red.) hərbi qolunun yüksək rütbəli komandiri Rafat Əbu Hilal məhv edilib.
Ümumilikdə isə müharibə başlanandan bəri Qəzza zolağında 436 nəfərin öldüyü bildirilib.
Ağarza Elçinoğlu