Ermənistanın "Respublika" partiyasının sədr müavini Armen Aşotyanın cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, məhkəmə hakimi Vahe Dolmazyan müzakirələrdən sonra iş gününün başa çatdığını elan edib və yeni iclası oktyabrın 11-i saat 15:00-a təyin edib.

Siyasətçinin vəkili Tiqran Atanesyan təqsirləndirilən şəxsin özü iştirak etmədiyi üçün bugünkü iclası qanunsuz adlandırıb. 

Xatırladaq ki, Aşotyan iyun ayında həbs edilib. Əvvəllər təhsil naziri vəzifəsində çalışmış Aşotyan vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur.

Nuranə Abbasova