İsrail ordusu Qəzza zolağı ilə cənub sərhədinə nəzarəti bərpa edib. 

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri açıqlayıb. 

"İsrail Qəzzada Fələstinin terrorçu HƏMAS yaraqlıları tərəfindən yarılmış sərhəd hasarına nəzarəti bərpa edib", - məlumatda deyilir. Həmçinin İsrail qüvvələrinin hasarın dağıdıldığı ərazilərə minalar qoyduğu qeyd olunub. 

Kontr-admiral Daniel Haqari bildirib ki, bazar ertəsindən bəri Qəzza zolağından yeni sızma baş verməyib. 

Ağarza Elçinoğlu