İsrailin Qəzzanın qərbinə endirdiyi hava zərbəsi nəticəsində fələstinli jurnalistlər həlak olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dünən gecə baş verən hücumlarda 3 jurnalist öldürülüb.
Məhəmməd Sobh və Səid əl-Tavil İsrailin Qəzza zolağında yaşayış binasını bombalaması ilə bağlı reportaj hazırlayarkən digər zərbə nəticəsində həlak olub. Fəcr əl-Yumdakı binalardan birinin atəşə tutulması zamanı yaralanan jurnalist Hişam ən-Nəvacan da bu gün dünyasını dəyişib.
Ağarza Elçinoğlu