Polşanın ən böyük müxalifət partiyası olan Vətəndaş Platformasının (PO) lideri, keçmiş baş nazir Donald Tusk Polşa ordusunun daha 10 yüksək rütbəli zabitin istefası verdiyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-ə açıqlamasında deyib. 

"Mən indicə Baş Komandanlığın daha 10 yüksək rütbəli zabitinin istefaya getməsi barədə məlumat aldım. Bütün bunlar elə bir şəraitdə baş verir ki, şərq sərhədimizdə müharibə gedir və Yaxın Şərqdə hər an qlobal münaqişəyə çevrilə biləcək münaqişə böyüyür.Son illərdə sabitlik və təhlükəsizlik hissinə hər zamankindən daha çox ehtiyacımız var. Buna görə də mən Polşa ordusunun bütün zabit və generallarına soyuqqanlılığı və maksimum məsuliyyəti qorumağa səsləyirəm”, - Tusk bildirib.

***

Polşa Ordusunun Baş Qərargah rəisi, general Rajmund Anjeyçak və silahlı qüvvələrin əməliyyat komandanı, general-leytenant Tomaş Piotrovski istefa veriblər.

"Unikal" xəbər verir ki, bu barədə Polşa KİV-ləri məlumat yayıb. 

Bildirilib ki, generallar  müdafiə naziri Mariuş Blaşzakla fikir ayrılığına görə, vəzifələrindən imtina ediblər. Hər iki komandirin istefası ilə bağlı müraciətlər prezidentə göndərilib. 

Gülayə Mecid