Rusiya sınaq meydançaları nüvə sınaqlarının bərpasına hazır olmalıdır.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. 

“Prezident  (Vladimir Putin - red.) aydın şəkildə ifadə etdi: biz təmin etməliyik ki, sınaq meydançamız sınaq fəaliyyətini bərpa etməyə hazır olsun. Amma praktiki baxımdan bərpa ABŞ tərəfindən müvafiq sınaqlar keçirildikdən sonra mümkündür”.

Onun sözlərinə görə, Rusiya tərəfi  Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (CTBT) ratifikasiyasını qanuni olaraq ləğv edir, statusu ABŞ-la balanslaşdırmaq üçün Moskva nüvə sınaqlarına moratoriumun tətbiqini davam etdirəcək.

“Biz ratifikasiyanı geri götürürük, yəni ABŞ-ın uzun onilliklər ərzində tətbiq etdiyi şəkildə statusumuzu tarazlayırıq”,- deyə o,  bildirib. 

Onun sözlərinə görə, Rusiya ABŞ-ın Nevada ştatında nüvə sınaqlarına hazırlaşdığına dair işarələr qeydə alıb.