Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrail tərəfindən tam mühasirəyə alınan Qəzza zolağına giriş və çıxış üçün humanitar yardım dəhlizinin yaradılmasına çağırıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ÜST Qəzza zolağındakı tədarüklərinin artıq tükəndiyini bildirərək buradakı xəstəxanaların bu təchizata çox ehtiyacı olduğunu bildirib.

BMT-nin səhiyyə agentliyi vurğulayıb ki, səhiyyə obyektləri qorunmalıdır.

"ÜST zorakılığa son qoymağa çağırır... kritik tibbi ləvazimatların insanlara çatdırılması üçün humanitar dəhliz lazımdır", - ÜST-ün sözçüsü Tarik Jasareviç Cenevrədə mətbuat brifinqində deyib.

"Təchizatın ora çatdırılması lazımdır: xəstəxanalar yanacaqsız, elektriksiz işləyə bilməz. Daha yerləşdirdiyimiz tədarüklər artıq tükənir, ona görə də bu təchizatların gəlməsinə ehtiyacımız var", ÜST rəsmisi deyib.