Ermənistan tərəfinin təşəbbüsü ilə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat dərc edib. 

İkitərəfli gündəliyin cari məsələləri, o cümlədən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının oktyabrın 13-də Bişkekdə keçiriləcək iclası müzakirə edilib.

Söhbət zamanı Ermənistanın baş naziri bildirib ki, bir sıra şərtlərə görə MDB Şurasının iclasında iştirak edə bilməyəcək.

Ağarza Elçinoğlu