HƏMAS-ın İsrailə hücum etdiyi gün videosu yayılan 22 yaşlı alman qadın Şani Luk sağdır. 

"Unikal" xəbər verir ki, bu barədə onun anası danışıb.

Qızın videoları əvvəllər silahlılar tərəfindən dərc edilib. Çoxları Şaninin öldüyünü yəqin edərək onun cəsədinin qaytarılmasını istəyib. Məlum olub ki, qız sağdır. O, ağır vəziyyətdə Qəzza zolağında xəstəxanadadır.

Qeyd edək ki, Şani və bir çox digər girovlar Qəzza zolağının sərhədi yaxınlığında hücum günü keçirilən musiqi festivalında əsir götürülüb. Qız orada sevgilisi ilə birlikdə olub. Festival yerində 200-dən çox ölü cəsədi tapılıb.

Ağarza Elçinoğlu