İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində minaya düşərək yaralanan türk əsgəri şəhid olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, İraqın şimalında “Pəncə-Kilid” şərti adı altında aparılan əməliyyat 2023-cü il aprelin 17-də başladılıb.