Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin telefon danışığı olub. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, liderlər Fələstin-İsrail gərginliyini müzakirə ediblər.

Söhbət zamanı prezidentlər İsrail və Fələstin arasında “narahatedici münaqişə prosesinin” gedişatını və gərginliyin artmasının qarşısını almaq üçün tədbirlərdən danışıblar. 

Tərəflər, həmçinin, Fələstin-İsrail gərginliyi bölgəsində humanitar ehtiyacların ödənilməsi üçün atılması lazım olan təşəbbüsləri qiymətləndiriblər.

Ərdoğan “mülki yaşayış məntəqələrinin atəşə tutulmasının narahatlıq doğurduğunu və bu cür təşəbbüslərin Ankara tərəfindən müsbət qarşılanmadığını” deyib.

*** 20:50 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ərdoğan Avstriya kansleri Karl Nehammerlə birgə mətbuat konfransında danışıb.

Dövlət başçısı Avstriyaya terrorla mübarizədə Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür edib. Lakin o, eyni yanaşmanı bütövlükdən Avropadan görə bilmədiklərini qeyd edib.

“Biz region liderləri ilə son vəziyyəti müzakirə etdik. Bu gün mən Putinlə danışacağam, Quterreşlə də görüşəcəyəm. Ədalətli sülhün məğlub tərəfi yoxdur şüarı ilə bütün nüfuzlu aktorları məsuliyyəti öz üzərinə götürməyə çağırırıq”, - deyə Türkiyə Prezidenti bəyan edib.