Fələstin-İsrail münaqişəsinin başlamasından bəri Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) iki əməkdaşı, eləcə də orada təlim keçən 5 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin daimi nümayəndəsinin müavini Fərhan Haq məlumat verib.

“Biz bilirik ki, UNRWA-nın iki əməkdaşı və beş kursant öldürülüb”, o, jurnalistin dünya qurumunun əməkdaşları arasında itkilərlə bağlı sualına cavab verərkən deyib.

Bundan əvvəl BMT Qəzza zolağında UNRWA işçilərinin sayının təxminən 13 min nəfər olduğunu, onların əksəriyyətinin Qəzza sakinləri olduğunu bildirmişdi.