ABŞ dövlət katibi Antoni Blinken oktyabrın 11-12-də İsrailə səfər edəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə deyib.

Miller qeyd edib ki, səfər zamanı Blinken israilli rəsmilərlə regiondakı vəziyyəti müzakirə edəcək.