"Rusiya tərəfi Cənubi Qafqazda sabit sülhün olmasında maraqlıdır".

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası (TŞ) katibinin müavini Aleksey Şevtsov atəşkəslə bağlı razılaşmaların əldə olunduğu Qarabağdakı vəziyyət barədə danışarkən deyib.

“Rusiya Rusiyanın sülhməramlı kontingentinin birbaşa iştirakı ilə atəşkəs haqqında razılaşmaların əldə olunduğu, Bakı və Qarabağ ermənilərinin nümayəndələri arasında dialoqun başlandığı, humanitar yardımın göstərildiyi sabit və dinc Cənubi Qafqazda maraqlıdır”, - Şevtsov deyib .

Təhlükəsizlik Şurası katibinin müavini Qərb ölkələrinin regiondakı hərəkətlərindən danışıb. "Vaşinqton və onun vassalları bütün postsovet məkanında mövcud əlaqələri pozmaq və ən yaxın qonşularımızı öz təsir orbitinə çəkmək üçün əhəmiyyətli səylər göstərirlər"- o, bildirib.