KTMT-nin İssık-Kulda keçirilən “Sarsılmaz qardaşlıq” təlimləri çərçivəsində ilk dəfə olaraq döyüş qayıqlarından istifadə edilib.

"Unikal" xəbər verir ki, bu barədə təşkilatın katibliyi məlumat yayıb. Sahil sularında patrul xidmətinə akvatoriya mühafizə gəmiləri qrupundan altı qayıq, o cümlədən RVK-1328 "Vitse-Admiral Temirov" dalğıc qayığı cəlb edilib.
Təlim gedişatına görə, “terrorçular” radioaktiv tullantı yükü olan barjı və onun ekipajını ələ keçiriblər. Qırğızıstan xüsusi təyinatlılarının köməyi ilə Rusiya Silahlı Qüvvələrinin konvoy mühafizə gəmiləri ilə əməkdaşlıq edərək gəminin azad edilməsi qərara alınıb.
“Əsir götürülən” gəmi zorla dayandırıldıqdan sonra Mi-8 MTV helikopterindən olan xüsusi təyinatlılar onun üzərinə iplə enib. Hərbçilər Qazaxıstan Silahlı Qüvvələrinin Mi-17 helikopteri ilə əhatə olunub.
Ermənistan təlimlərdə iştirak etmir.