HƏMAS terror təşkilatı İsrailin Ben Qurion hava limanına raket zərbəsi endirib.

"Unikal" xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb. 

"Əl-Qəssam Briqadaları mülki əhalinin köçürülməsinə və hücumuna cavab olaraq Ben Qurion hava limanını bombalayır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, beynəlxalq hava limanı Təl-Əvivdə yerləşir. 

Ağarza Elçinoğlu