Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərə münasibətdə həmişə özünü tərəfdaş kimi aparmır.
"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko MDB-yə üzv dövlətlərin rəhbərləri Şurasının iclasında bildirib.
"Gürcüstan bizim assosiasiyadan birinci çıxıb, de-fakto Ukrayna bizimlə deyil. Moldova ilə bağlı böyük suallar var. Təəssüf ki, Ermənistan özünü heç də həmişə tərəfdaş kimi aparmır", - deyə Lukaşenko qeyd edib.
Belarus prezidentinin sözlərinə görə, belə bir vəziyyətə kənardan sakit baxmaq olmaz, çünki əks halda MDB dağılacaq.
Ağarza Elçinoğlu