Qərblə Rusiya arasında qaynar münaqişə baş verərsə, xüsusi hərbi əməliyyatla məhdudlaşmayacaq, tamamilə fərqli müharibə olacaq. 

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya-1" telekanalının efirində deyib. 

O, ABŞ Konqresinin komissiyasının həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə hazırlaşmaq, o cümlədən nüvə qarşıdurması variantını nəzərə almaq tövsiyəsini belə şərh edib: "Biz ondan çıxış edirik ki, biz sülh istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, deməli, bu, tamam başqa müharibədir, bu, xüsusi hərbi əməliyyat deyil". 

Ağarza Elçinoğlu