İranın məşhur rejissoru Dariyuş Mehrcui və onun həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinənlərin sayı 7 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə İran polisinin sözçüsü Səid Montazer-ol-Mehdi İRNA-ya məlumat verib.

Xatırladaq ki, iranlı rejissor Dariyuş Mehrcui və həyat yoldaşı bazar günü İranın şimalında öz evlərində ölü tapılıb. Zərərçəkənlərin qızı tərəfindən aşkar edilən cəsədlərdə ağır kəsiklər və döyülmə izləri olub. Məhkəmə-tibb ekspertlərinin ilkin rəyinə görə, cütlüyün ölümü boğulma nəticəsində baş verib.

Nuranə Abbasova