Avropa Parlamentinin üzvlərini daşıyan qatar səhvən Strasburqa deyil, Disneyland Parisə gedib.

"Unikal" xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldən yola düşən və Avropa Parlamentinin (AP) üzvlərini daşıyan sürət qatarı səhvən Fransanın Strasburq şəhərinə deyil, Disneyland Paris əyləncə parkına gedib.

BFMTV kanalının xəbərinə görə, bu gün səhər saatlarında Brüsseldən yola düşən sürətli qatar Strasburqa çatmalı idi. Lakin Avropa Parlamentinin üzvlərini daşıyan qatar Fransanın Ruasi-Şarl-de-Qol stansiyasına çatanda yanlış yola yönəldilib.

Siyasətçilər Strasburqa deyil, səhvən 400 kilometr uzaqlıqdakı Disneylend Parisə gediblər.

Fransanın SNCF dəmir yolu şirkəti tərəfindən verilən açıqlamaya görə, deputatları daşıyan qatarın 45 dəqiqə gecikmə ilə Strasburqa getdiyi bildirilib.

Qatarda olan deputatlar AP-nin Strasburqdakı binasında keçiriləcək Baş Assambleyaya qatılacaqlar.