İsrail-Fələstin münaqişəsinin mərkəzində, Qəzza zolağında oktyabrın 7-dən bəri davam edən hərbi toqquşmalar nəticəsində azı 11 jurnalist həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bundan əlavə, mənbənin qeyd etdiyi kimi, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20-dən çox jurnalist yaralanıb.