Yerasx (Arazdəyən - red.) -Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi qarşılıqlı anlaşma əldə olunub. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib. 

"Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması 2020-2022-ci illərdə ən yüksək səviyyədə bir sıra üçtərəfli sazişlər əsasında qurulmuş Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin əsas elementidir. Bu məsələ üçtərəfli işçi qrupuna həvalə edilib. 

Biz öz işimizdə qarşılıqlılıq, hörmət və hər iki ölkənin suverenliyi prinsiplərinin qorunması zərurətindən çıxış edirik", - deyə Zaxarova əlavə edib.

Ağarza Elçinoğlu