Amerikalı aktyor Bert Yanq 83 yaşında vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  aktyor oktyabrın 8-də Los-Ancelesdə vəfat edib. Onun 83 yaşı olub”, 

Qeyd edək ki, birinci növbədə “Rokki” filmindəki Polli Pennino personajını canlandırması ilə tanınan aktyor “Oskar” mükafatına namizəd olub. Həmçinin onun məşhur işlərindən bəziləri “Çin məhəlləsi” və “Bir zamanlar Amerikada” filmləridir.