Bolşevik Anastas Mikoyanın nəticəsi  ögey nənəsini və qardaşını amansızcasına qətlə yetirib.

"Unikal" rus mediasına istinadən xəbər verir ki, hadisə Moskva yaxınlığındakı Kryukovo kəndindəki kottecdə baş verib.

Bildirilir ki, rusiyalı rok musiqiçisi Stas Naminin oğlu Roman Mikoyan qardaşı və nənəsini bıçaqlayaraq öldürüb. Daha sonra o,  könüllü şəkildə polisə  təslim olub. Qətlin səbəbi əmlak ilə bağlı münaqişə olub.

Qeyd edək ki, “Tsvetı” rok qrupunun yaradıcısı Stas Namin bolşevik Anastas Mikoyanın oğlu Aleksey Mikoyanın oğludur. Anastas Mikoyan 1918-1920-ci illərdə Azərbaycanda bolşevik fəaliyyəti göstərib, bədnam “26 Bakı komissarları”ndan biri olub, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda və sovet hakimiyyətinin qurulmasında iştirak edib.