“Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin vitse-prezidenti Eldar Hacıyev vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, onun adı AZAL-ın saytından çıxarılıb. 2015-ci ildən bu vəzifəni tutan Eldar Hacıyev AZAL-dan əvvəl “Silk Way” şirkətinin vitse-prezidenti olub.

Qeyd edək ki, ötən ay Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib.