ABŞ hələ də İranın Fələstin-İsrail münaqişəsində iştirakına dair birbaşa sübuta sahib deyil.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O, Fələstin-İsrail münaqişəsinin hazırkı gərginləşməsində İranın iştirakına dair sübutların olub-olmaması ilə bağlı suala cavabında jurnalistlərə deyib:
“Biz hələ də onların hücumlarda iştirak etdiyini və ya istiqamətləndirdiyini göstərən hər hansı konkret məlumat əldə etməmişik".
Nuranə Abbasova