Ötən il Azərbaycanda ümumi abortların sayı 31747 olub.

"Unikal" xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, ailələrdə hökm sürən cinsi ayrı-seçkiliklə müşayiət olunan digər problemlərdən biri də uşaqların doğulandək cins seçiminə məruz qalmasıdır.

2022-ci il üzrə doğumu qeydə alınmış 122846 nəfərdən 64940-ı oğlan, 57906- sı isə qızdır. Cinslər arasındakı fərq 7034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir. 2022-ci il ərzində ümumi abortların sayı 31747-dir (ilkin rəqəmdir), 2021-ci ildə bu rəqəm 46877 olub.

Anar Kəlbiyev