Keçən il Cinayət Məcəlləsinin 154-cü (bərabərlik hüququnu pozma) və 164-cü (hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozma) maddəsi ilə cinayət qeydə alınmayıb.

"Unikal" xəbər verir ki, bu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial reabilitasiya şöbəsində məişət zorakılığından zərər çəkmiş 73 qadın və 28 kişiyə xidmət göstərilib.

Anar Kəlbiyev