Dövlət Komitəsi iş yerində cinsi qısnamanı birbaşa qadağan edən qanunun qəbul edilməsi ilə bağlı müvafiq qurumlara tövsiyələr göndərib.

"Unikal" xəbər verir ki, bu Azərbaycan  Respublikası Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin 2022-ci il məlumatında qeyd olunub. 

Dövlət Komitəsi iş yerində cinsi qısnamanı birbaşa qadağan edən qanunun qəbul edilməsi, zərərçəkmiş şəxslərin hüquqi müdafiə vasitələrinə çıxışının təmin edilməsi və cinsi qısnama ilə bağlı şikayətlərin effektiv şəkildə araşdırılmasının, təqsirkarların məsuliyyətə cəlb olunmasının və adekvat şəkildə cəzalandırılmasının, zərərçəkmiş şəxslərin qisasdan qorunmasının təmin edilməsi ilə bağlı müvafiq qurumlara tövsiyələr göndərib.

Anar Kəlbiyev