"Mətbuat qadınla əlaqəli hər hansı xəbər verəndə bütün məlumatları açıq şəkildə yayır. Həmin məlumatdan sonra həmin qadının necə yaşaması, aqibəti barədə düşünülmür. Bu hal bizi çox narahat edir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib. 

“Qadın bu kimi xəbərlərdən sonra harada və necə yaşayacaq?! Yaxud hansısa hadisədən sonra barışıq və ya nəsə olsa həmin qadın çox əziyyət çəkəcək. Bax, bu məsələdə müəyyən boşluqlar var və aradan qaldırılması üçün mətbuatla işləmək lazımdır".

Anar Kəlbiyev