"Binə qəsəbəsində məktəb uşaqları dönərdən zəhərləniblər. Bəlkə məqam çatıb ki, biz bir bəyanatla çıxış edək və s. Bu nə qədər davam edəcək?"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.

"Dünən valideynlər yaxınlaşdılar ki, bu nə biabırçılıqdır? Bu məsələyə baxsaq, yaxşı olardı", - deyə deputat bildirib.