Aparılan qazıntılar zamanı arxeoloqlar 5 min il əvvəl Misirə hökmranlıq edən ilk qadın fironun məzarını aşkarlayıblar. 

"Unikal" xəbər verir ki, arxeoloqlar məzarın içərisindən üzüm toxumları və bəzi qiymətli əşyalar da tapıblar.

Orta Misirdə yerləşən bu məqbərənin unudulmuş qadın firon Meret-Neithinə aid olduğu bildirilir.  

Meret-Neith, əri King Djet və oğlu King Den ilə birlikdə qədim Misirin ilk sülaləsinin hökmdarlarından biri  olub. Meret-Neith qədim Misirin ilk qadın hökmdarı ola bilər. Ancaq bəzi ekspertlər bu nəzəriyyəni şübhə altına alırlar, çünki bu dövrdə qadınlar və qızlar ümumiyyətlə kral varisləri hesab edilmirdilər.