Vətən müharibəsi qazisi, idmançı Azər Ağazadə dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Qeyd olunub ki, o, müalicə aldığı xəstəxanada vəfat edib.

Lənkəranın Şıxakəran kəndindən olan qazimiz Qubadlı, Zəngilan, Füzuli və Xocəvəndin azad olunmasına görə medalları ilə təltif olunub.