"Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, ana ölümü əmsalı xeyli azalıb. Bu da böyük irəliləyişdir. Bugünkü günə bu əmsal 100 min diri doğuşlara 15 ana ölümü deməkdir. Rəsmi statistikaya görə, abortların sayı yüksəkdir". 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev deyib.

"Gürcüstanda uşaqlıq boynu xərçəngi ilə mübarizə mövzusunda konfransa qatıldıq. Araşdırmalara görə, Azərbaycan regionda yeganə ölkədir ki, uşaqlıq boynu xərçəngi müalicəsi dövlət səviyyəsində aparılmır", - deyə F.Babayev bildirib.

Onun sözlərinə görə, əgər 2008-2009-cu illərdə Azərbaycanda Milli Ailə Planlaması proqramı qəbul olunsaydı, onda 16,5 olan ana ölümü indi 9,8 ola bilərdi.

Anar Kəlbiyev