Təhsil Tələbə Krediti Fondu kreditdən yararlanan tələbələrin statistikasını açıqlayıb.

"Unikal" xəbər verir ki, təhsil kreditindən yararlananların 41,73 faizi kişi, 58,27 faizi isə qadın tələbələrdir.

Bu günə qədər 25 min təhsil tələbə krediti verilib. Kreditdən yararlananların 72,47 faizi bakalavr, 23,64 faizi magistratura və 3,88 faizi isə orta ixtisas təhsili səviyyələrində oxuyan tələbələrdir.

Rəsmiləşdirilən kreditlərin 36,12 faizi sosial, 63,88 faizi isə standart təhsil tələbə kreditidir.