Dağıstanda Mahaçqala hava limanı bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Naməlum şəxslərin Mahaçqala hava limanının uçuş-enmə zolağına daxil olması ilə əlaqədar gəliş və uçuş reyslərinə xidmət göstərmək üçün aeroportun müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Tədbirlər vəziyyət normallaşana qədər qüvvədədir. Hüquq-mühafizə orqanları hadisə yerindədir. Mahaçqalaya eniş etməli olan təyyarələr alternativ hava limanlarına istiqamətlənib", - deyə məlumatda bildirilir.
Bundan əlavə baş vermiş izdihama görə, 4 nəfər saxlanılıb.
***21:12
Dağıstanın Mahaçqala şəhərinin hava limanında böyük izdiham yaşanıb.
"Unikal" xəbər verir ki, yerli sakinlər Təl-Əvivdən gələn təyyarənin buraxılmamasını və yəhudilərin qovulması tələb ediblər.