Sumqayıtda quldurluq edən şəxs tutulub.

"Unikal" DİN-ə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 27-də 6-cı mikrorayon ərazisində bir qadının 100 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov saxlanılıb.

Araşdırma aparılır.