6 il əvvəl yaradılmalı olan qurumdan niyə indiyədək heç bir xəbər yoxdur?
İcbari tibbi sığorta səhiyyə sektorunda rüşvətin kəsilməsi üçün əsas mexanizmlərdən hesab edilir. Uyğun qanun 1999-cu ildə qəbul edilsə də, icra olunmayıb. Bu sahədə işlərə nəzarət etmək üçün İcbari Tibbi Sığorta (İTS) üzrə Dövlət Agentliyinin yaradılması haqqında prezident sərəncamından (27 dekabr 2007-ci il) 5 ildən çox müddət keçməsinə baxmayaraq agentlik hələ də yaradılmayıb. Sərəncamın icra edilməməsinin səbəbləri barədə Nazirlər Kabineti indiyədək heç bir açıqlama verməyib. Bununla
bağlı vətəndaş cəmiyyəti (KİV və QHT) təmsilçilərinin ünvanladığı çoxsaylı sorğu və sualları da Nazirlər Kabineti cavablandırmaqdan imtina edib.
Ekspertlərin apardığı araşdırmalara görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin indiyəcən yaranmaması onun statusu ilə bağlı müəyyənliyin əldə edilməməsi ilə bağlıdır. Onların fikrincə, agentliyin tabeçiliyi ilə bağlı dövlət qurumları arasında maraqlar konflikti meydana çıxıb. Səhiyyə Nazirliyi agentliyin məhz onun tabeliyinə verilməsini istəyir. Nazirlik bunu səhiyyə siyasətinin qurulması, planlaşdırılması və maliyyələşdirmə funksiyalarının səmərəli əlaqələndirilməsinin təşkili baxımından zəruri hesab edir. İndiki halda agentliyin müstəqil qurum kimi yaradılmasından narazılığını gizlətməyən Səhiyyə Nazirliyinin bu sahədə işlərin icrasına kifayət qədər diqqət yetirməməsini də ekspertlər bununla izah edirlər. Nazirlər Kabineti və bəzi başqa qurumlar isə agentliyin birbaşa kabinetin tabeçiliyində olan müstəqil qurum kimi fəaliyyət göstərməsində maraqlı görünürlər.
Maraqlı məqamlardan biri də Səhiyyə Nazirliyinin icbari tibbi sığortanın tətbiqində özünü məsul hesab etməməsidir. "Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari sığortanın tətbiqi Konsepsiyası"nın həyata keçirilməsi ilə bağlı tədbirlər planında səhiyyə sistemində islahatlar və icbari tibbi sığortanın tətbiqi sahəsində tədbirlərin icrasına əsas məsul qurumlardan biri Səhiyyə Nazirliyi müəyyən edilsə də, nazirlik icbari tibbi sığortanın tətbiqində özünü məsul hesab etmir, bu sahədə ləngimələri İTS üzrə Dövlət
Agentlinin yaradılmaması ilə əlaqələndirir. Səhiyyə nazirinin müavini Elsevər Ağayev mətbuata açıqlamasında (2 iyul 2012-ci il) deyib ki, səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqi yalnız Səhiyyə Nazirliyinin əlində olan məsələ deyil: "İcbari tibbi sığortanın tətbiqi bir çox müxtəlif qurumlardan və müxtəlif parametrlərdən asılıdır".
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə mətbuata açıqlamasında (26 sentyabr 2012-ci il) bildirib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi məsələsi ilə Səhiyyə Nazirliyi məşğul olmur: "2008-ci ildən bu işlə Nazirlər Kabinetinin nəzdində yaradılmış agentlik məşğul olur".
Səhiyyə nazirinin 5 aprel 2011-ci il tarixli 44 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2011-2015-ci illər üzrə Strateji Planı"nda həmin dövr üçün həyata keçirilməsi planlaşdırılan tədbirlər sırasında icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələlərin əksini tapmaması da bununla bağlı ola bilər.
Nazirliyin mətbuat xidmətindən bunu da bildiriblər ki, qurum öz səlahiyyəti çərçivəsində ilkin hazırlıq işlərinə başlayıb: "Ancaq bir çox məsələ Nazirlər Kabineti səviyyəsində həll edilməlidir ki, tibb müəssisələri öz fəaliyyətini "Tibbi sığorta haqqında" qanunun tələblərinə uyğunlaşdıra bilsin. Bunun üçün isə hər şeydən əvvəl tibbi sığorta sisteminin maliyyə təminatı həll edilməlidir".
Səhiyyə Nazirliyindən gələn reaksiyalar belə düşünməyə əsas verir ki, bu qurum icbari tibbi sığortanın tətbiqi ilə bilavasitə məşğul olmalı olsa da, bu sahədə işlərin ləngiməsinin ondan asılı olmadığını bəyan
edir. Amma reallıq bunun əksini düşünmək üçün əsaslar verir: belə ki, səhiyyə naziri Oqtiay Şirəliyev İcbari Tibbi Sığorta (İTS) üzrə Dövlət Agentliyinin onun nəzarəti altında yaradılmasını istədiyi, buna isə hökumət daxilindən etiraz edən başqa qurumların olması səbəbi ilə məsələnin reallaşması yubanır.
Onu da deyək ki, icbari tibbi sığortanın tətbiqi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər istifadə olunmayıb. 2008-ci ildən başlayaraq hər ilin dövlət büdcəsində "İcbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər" paraqrafı altında vəsait planlaşdırılıb. 2008-ci ilin dövlət büdcəsində bu məqsədlə 30 milyon, 2009-cu ildə 51 milyon, 2010 və 2011-ci illərdə hər il 30 milyon, 2012-ci ildə isə 30.1 milyon manat ayrılıb. Lakin bu vəsaitlər istifadə olunmayıb. Vəsaitlərin istifadə olunmaması səbəbləri barədə nə müvafiq illər üzrə dövlət büdcəsinin icrası barədə hökumətin hesabatında, nə də bu hesabatla bağlı Hesablama Palatasının rəylərində məlumat və ya izahat var.
Əgər nəzərə alsaq ki, söhbət on milyonlarla manat vəsaitə nəzarət etməkdən gedir, onda icbari tibbi sığortanın gerçəkləşməməsini anlamaq mümkündür. Hər kəs "qab"ı öz qarşısına çəkir, bu qədər vəsaiti öz nəzarətində görmək istəyir, ara yerdə itirən isə səhiyyəmiz və vətəndaşlarımızdır.
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53