Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-si axşamadək cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s, 13-də gündüz isə şimal-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

“Unikal” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

***

12:26

Bakıda və Abşeron yarımadasında noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Unikal”a verilən məlumata görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°- dək isti, gündüz 4-8° isti olacaq.