ABŞ səlahiyyətliləri Ukrayna Silahlı Qüvvələrinin (AFU) ümumi itkilərini açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” qəzeti məlumat dərc edib. 

"Amerika rəsmilərinin məlumatına görə, 70 minə yaxın ukraynalı əsgər həlak olub, 120 minə qədəri yaralanıb”, - nəşr qeyd edir.

Müəlliflər onu da qeyd edirlər ki, hərbi əməliyyatlar və səfərbərlik nəticəsində Ukrayna iqtisadiyyatı istehsalda daha çox qadını işə cəlb edir. Xüsusilə, enerji və kömür hasilatı da daxil olmaqla əksər sektorlarda qadınların payı artıb.

Bundan əvvəl Fransanın "Liberation" qəzeti Ukrayna Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyat başlayandan bəri ən azı 200 min əsgər itirdiyini yazıb.

Gülayə Mecid