Ermənistan, Yunanıstan və Kipr xüsusi əməliyyat qüvvələri Attikanın Nea Peramos bölgəsində üçtərəfli birgə hərbi təlimlər keçiriblər.
"Unikal" xəbər verir ki, bu barədə Yunanıstanın Milli Müdafiə Baş Qərargahı məlumat yayıb.
"2023-cü il noyabrın 6-dan 10-dək beynəlxalq əməkdaşlığın planlaşdırılması çərçivəsində silahlı qüvvələr Yunanıstan, Kipr və Ermənistan xüsusi təyinatlılarının Attika şəhərində, Nea bölgəsində keçirilən üçtərəfli birgə təlimində iştirak ediblər", - deyə məlumatda qeyd olunub.
Təlimlərdə çevik reaksiya döyüş atışları yerinə yetirilib, snayper atəşi texnikası və taktikası işlənib, o cümlədən kiçik miqyaslı hərbi təlimlərin planlaşdırılması həyata keçirilib.
Qeyd edək ki, Yunanıstan NATO üzvüdür.
Ağarza Elçinoğlu