"Elm və təhsil sahəsində ciddi islahatlara ehtiyac var. Orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsasında ali məktəblərə qəbul həyata keçirilməli, repetitorluğa son qoyulmalı, konstitusiyaya uyğun olaraq orta təhsilin pulsuz olması təmin edilməlidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, elə vəziyyət yaradılıb ki, heç kim repetitora pul ödəmədən ali məktəblərə qəbul ola bilmir:
"Bu, ailələr üçün ağır maliyyə yüküdür. Universitetlərin, peşə məktəblərinin, kolleclərin əksəriyyəti özəlləşdirilməli, imkansız ailələrin uşaqları dövlət hesabına təhsil almalı, təhsil kerditləri faizsiz və hər kəs üçün əlçatan olmalıdır. Orta məktəb müəllimlərinin əməkhaqqı əhəmiyyətli səviyyədə artırılmalıdır. Elm və təhsili inkişaf etdirmədən ölkəmiz inkişaf etmiş ölkələr sırasına çıxa bilməyəcək".
Anar Kəlbiyev