Rusiya prezidenti Vladimir Putinin rəsmi seçkiqabağı qərargahına Kremlin daxili siyasət idarəsinin rəhbəri Andrey Yarin rəhbərlik edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə RBC öz mənbələrinə istinadən məlumat yayıb. 

Yarin qərargaha bir şərtlə rəhbərlik edəcək ki, Putin seçkilərdə namizədliyini irəli sürməyə qərar versin. 
Qərargahın iştirakçılarının siyahısı demək olar ki, formalaşıb. 

Qərargaha Kremlin bir neçə departamentinin əməkdaşları, o cümlədən hakim “Vahid Rusiya” partiyasının nümayəndələri daxil olacaq.