Əvvəllər Qarabağ müharibəsi zamanı Ermənistan olduğu kimi, Yaxın Şərqdəki münaqişədə də İsraili məyusluq gözləyir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"İllərcə torpaqlarımıza sahib olmaq arzusunda olan Ermənistan Qarabağ müharibəsindən dərs aldı. İsrail də məyusluq yaşayacaq. Nə qədər ki, biz 85 milyon insan birik, bizi heç kim sındıra bilməz. Ona görə də güclü və müasir ordu bizim üçün zərurətdir", - deyə Ərdoğan parlamentdəki hakim "Ədalət və İnkişaf" partiyasının üzvləri qarşısında çıxışı zamanı vurğulayıb.
O, yenidən İsraili terror dövləti, HƏMAS-ı isə qanuni siyasi qüvvə adlandırıb.
Ağarza Elçinoğlu