Fələstin dövlətinin yaradılması tarixi baxımdan qaçılmazdır.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT telekanalına müsahibəsində deyib.
Nazir qeyd edib ki, indi Qəzza zolağının gələcəyi ilə bağlı əksər müzakirələrdə İsraillə qonşu olan Fələstin dövlətinin yaradılmasına diqqət yetirilmir: "Yaxın vəzifə hərbi əməliyyatları dayandırmaq və hər yerdə müşahidə olunan humanitar problemlərin həlli üçün tədbirlər görməkdir".
Ağarza Elçinoğlu