19 yanvar 2007-ci ildə "Aqos" qəzetinin baş redaktoru Hrant Dinki qəzet binası qarşısında silahlı hücumda qətlə yetirən Ogün Samast Bolu F Tipi Həbsxanasından şərti azadlığa buraxılması çərçivəsində axşam saatlarında sərbəst buraxılıb.
"Unikal" xəbər verir ki, “Aqos” qəzetinin baş redaktoru Hrant Dink 2007-ci il yanvarın 19-da o zaman 17 yaşında olan Ogün Samastın qəzet binası qarşısında sui-qəsdi cəhdi nəticəsində həyatını itirib. Qətlin faili olduğu müəyyən edilən Ogün Samast 20 yanvar 2007-ci ildə Samsun avtovağzalında yaxalanıb.
2007-ci il yanvarın 24-də həbs edilən Ogün Samast ötən fevral ayında cəzasını çəkdiyi Kandıra F tipli həbsxanadan Bolu F tipli həbsxanaya köçürülüb. 16 il 10 aydır həbsdə olan Samastın yaxşı davranışı səbəbiylə şərti azadlığa buraxılması çərçivəsində cəzasının 1 il əvvəl bitdiyi və həbsxana rəhbərliyi tərəfindən məhkəmə prosesində olduğu öyrənilib.