Ukrayna məhkəməsi rusiyalı radio və teleaparıcı, bloqqer, erməni əsilli Armen Qasparyanı əmlakı müsadirə olunmaqla qiyabi 10 il müddətinə azadlıqdan məhrum edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SSU) məlumat yayıb.
Qeyd olunur ki, Qasparyan “millətsizləşdirmə ideoloqu” hesab olunur, çünki məhz o, bu termini populyarlaşdıran və 2022-ci ilin tammiqyaslı işğalından xeyli əvvəl Ukraynaya hücum kontekstində istifadə etməyə başlayıb.
Eyni zamanda “Настоящее время” yazır ki, Qasparyan Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirli bilinib: soyqırıma ictimai çağırışlar, o cümlədən soyqırıma çağırışlarla materialların hazırlanması, konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi və ya devrilməsi və ya dövlət hakimiyyətinin ələ keçirilməsi, Ukraynanın ərazi bütövlüyü və bütövlüyünə qəsd məqsədi daşıyan hərəkətlər.
Qəzet xatırladır ki, 2023-cü ilin aprelində Rusiya prezidenti Vladimir Putin Qasparyanı Rusiya İctimai Palatasına daxil edib.
Gültəkin Ələsgər