Çin lideri Si Cinpinlə görüşü ABŞ və Çin hərbçiləri arasında yeni təmaslara səbəb olub.
"Uniakl"ın məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden mətbuat konfransı zamanı deyib.
"Bildiyiniz kimi, kəsilən və narahatlıq mənbəyi olan birbaşa hərbi əlaqələri bərpa etməyimiz çox vacibdir", - deyə o bildirib.
C.Bayden qeyd edib ki, ABŞ və Çin birbaşa, açıq, aydın əlaqələrə qayıdır.