Sulavesi adasının şimal hissəsində Minahasa yarımadası (İndoneziya) yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Manado şəhərindən 96 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 303 km dərinlikdə yerləşib.
Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.